Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1000 mənzil verləcək

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Bu barədə TNS-ə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən xəbər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.