Ehtiyac meyarı 285 manat olub
6
10:37 - 01 Yanvar 2025
Yanvarın 1-dən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində olacaq.
TNS-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” qanunda əksini tapıb.
Beləliklə, ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılıb.