Gələn ilin imtahan təqvimi bu tarixdə açıqlanacaq
Bayram tətili günlərindən sonra 2025-ci ilin imtahan qrafikinin paylaşılması nəzərdə tutulur.
TNS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qurumun rəsmi səhifəsində bildirib.
O qeyd edib ki, 2024-cü ili DİM üçün uğurlu ilub:"Dövlət İmtahan Mərkəzi ictimaiyyətlə, xüsusilə təhsil ictimaiyyəti ilə sıx əlaqədə olan bir qurum kimi, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışıb. Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır. İl ərzində biz demək olar ki, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçiririk. İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq".
O bildirib ki, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub.