Close

7 yaşlı şagird təyyarə qəzasının rəsmini çəkdi - FOTO

Sumqayıt şəhər Polad Həşimov adına 28 saylı tam orta məktəbin 2-ci sinif şagirdi qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin rəsmini çəkib.

TNS-in məlumatına görə, 7 yaşlı Səid Behbudlu həmin hadisədən sonrakı ilk rəsm dərsində qəzaya uğrayan təyyarəni təsvir edib. Rəsm məktəb rəhbərliyi və müəllimlər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus Bakı-Qroznu təyyarəsi kənar müdaxilə nəticəsində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb.

c23f390d-630f-43a0-ad18-03ec15aff7f4