Close

Ekipaj üzvləri ilə vida mərasimi - FOTO/VİDEO

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın cənazələri vida mərasimi keçirilməsi üçün Heydər Əliyev Hava Limanına gətirilib.

TNS-in məlumatına görə, hazırda hava limanında vida törəninə hazırlıq gedir. Vida mərasimindən sonra ekipaj üzvləri II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

e477f176-28c3-4e21-9ad7-ba4251915836

32f46fee-1530-4cd4-8284-f2ebcc5a8407

7642bf89-80af-4a32-a32b-d5b91d2d8a3e

04a84818-fb86-473d-85e7-17a7448a0dec

00

11

22

33

44

55

66