Close

Pensiya və müavinətlər tam ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

TNS-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.