Close

23:01
26 Dekabr 2024

AZAL prezidenti: "Qəzanın səbəbləri müəyyənləşdiriləcək" - VİDEO

Qəzaya uğrayan təyyarənin ekipaj üzvləri vəzifələrini qəhrəmancasına yerinə yetirib.

TNS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.

O bildirib ki, hazırda bu məsələ dərindən araşdırılır və qəzanın səbəbləri müəyyənləşdiriləcək.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Qəzanın səbəbləri araşdırılır.