Close

21:00
13 Yanvar 2025

"Müdaxilə etmirik" - Məktəbdən 120 manat pul yığılması ilə bağlı açıqlama

Qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar bəzi məktəblərdə tədbirlər üçün pul yığılır.

Sosial şəbəkələrdə valideynlər Bakı şəhəri 23 nömrəli məktəbdə Yeni il bayramı ilə bağlı şagirdlərdən adambaşına 120 manat vəsaitin yığılması ilə bağlı məlumat paylaşıb.

Məsələ ilə bağlı adı keçən məktəbdən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar valideynlərdən hər hansı bir vəsaitin toplanması ilə bağlı məktəb rəhbərliyi tərəfindən heç bir tapşırıq verilməyib: “Məktəbdən kənarda təşkil edilən tədbirlər valideynlərin öz təşəbbüsləri ilə həyata keçirilir və bu tip tədbirlərə müdaxilə edilmir”.

Aygün