Bakı-Qroznı təyyarə reysi yeni fəaliyyətə başlayıbmış

Bakıdan Qroznıya təyyarə reysi 7 ay əvvəl fəaliyyətə başlayıb.
TNS-in məlumatına görə, AZAL bu il mayın 8-dən etibarən Bakıdan Qroznıya müntəzəm reyslər açıb.
Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçirilib.
Qəzaya uğrayan təyyarə Bakı-Qroznı reysi üzrə 61-ci marşrutunu həyata keçirirmiş.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan təyyarə Aktau hava limanı yaxınlığında quş sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb. Qəzaya uğrayan hava gəmisində 62 sərnişin və 5 ekipaj üzvü olub.