Azərbaycanda su ehtiyatlarının həcmi açıqlandı - RƏSMİ
Azərbaycanda su ehtiyatlarının vəziyyəti nə yerdədir ?
Bu barədə TNS-in sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, şirin su ehtiyatlarımızın böyük hissəsi, təxminən 70 faizi transsərhəd çaylarının payına düşür. Qeyd olunub ki, buna misal olaraq şimaldan gələn Samur çayı ilə qidalanan Taxtakörpü Su Anbarını göstərmək olar:
“Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir. Yeraltı sularının illik istismar həcmi isə 9 milyard kubmetrə yaxındır. Hazırda kifayət qədər su eytiyatımız var. Respublikada 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir, Şəmkir, Araz çayı üzərindəki üzərindəki Sərsəng su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır”.
Ayşən Azadova