Close

21:32
21 Dekabr 2024

Ən sadiq və xəyanətkar bürclər...

Bürclərə inanlar atdıqları hər addımı buna görə hesablayırlar. Hətta həyat yoldaşı, dost seçərkən, onların hansı bürcdən olmasına xüsusi diqqət yetirirlər.

Maraqlıdır, hansı bürclər altında dünyaya gələnlərlə ailə qurmaq daha uğurlu hesab olunur? Yaxud, hansı bürclərin nümayəndələri xəyanətə meyillidir?

Bununla bağlıl TNS-ə açıqlama verən astro-psixoloq Raşxan Əli bildirib ki, ən sadiq bürclər Buğa, Əqrəb və Oğlaqlardır.

Buğa bürcü sadiqliyi və etibarlılığı ilə seçilir. 

Əqrəblər dərin, emosional əlaqələr qurur və sədaqətlərinə böyük əhəmiyyət verirlər.

Oğlaqlar ciddi münasibətlərdə sabit qalmağı üstün tuturlar və sədaqəti dəyərli hesab edirlər.

Evlilikdə yaxşı ünsiyyət quran bürclərə Tərəzi, Xərçəng və Balıqlar daxildir.

Tərəzi ədalətli və balanslı bir münasibətə üstünlük verir.

 Xərçəng ev və ailə həyatına böyük diqqət yetirir.

 Balıqlar romantik və qayğıkeş təbiətləri ilə güclü əlaqələr qura bilirlər.

Astro-psixoloqun sözlərinə görə, xəyanətə meyilli olmayan bürclərə Qız, Buğa və Xərçəng daxildir: “Qız bürcünün dürüstlük və məsuliyyət hissi var. Buğa bürcü sədaqətlərinə sadiq qalır və etibarlılığı ilə tanınır. Xərçəng güclü emosional əlaqələri saxlayır və xəyanət etmək niyyətində olmur”.

Ayşən Azadova