Himayədar ailələrə neçə uşaq verilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin 11 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 21 uşaq himayədar ailəyə verilib.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, himayədar ailələrə verilən uşaqlardan 9-u oğlan, 12-si qızdır.
Məlumatda qeyd olunub ki, nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb: “Uşaqlar həm Bakı şəhərində, həm də bölgələrdə yaşayan himayədar ailələrə verilib. Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələr himayəyə götürdükləri uşağa görə aylıq və uşaqlara mövsümi geyim alınması üçün hər rübdə bir dəfə birdəfəlik müavinətlə təmin edilirlər”.
Aygün