Bağça müdiri işdən çıxarıldı - SƏBƏB
112
19:16 - 20 Dekabr 2024
Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkarlanıb.
TNS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində adıçəkilən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işdən azad edilib".