Tikintisinə 10 milyon ayrılan körpü belə sökülür - FOTO-VİDEO
Abşeron rayonunun Saray qəsəbəsini Sumqayıt şəhəri ilə birləşdirən yeganə avtomobil yolu olan körpünün söküntüsünə başlanıb.
TNS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 70-ci illərdə inşa olunmuş körpü ötən il qəzalı vəziyyətə düşüb. Dünən günorta saatlarından körpünün sökülməsi prosesinə start verilib. Yaxın alternativ yol olmadığından ərazidə avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Körpü istiqamətində sıxlığın aradan qaldırılması üçün əraziyə polis əməkdaşları cəlb edilib. Sıxlığın aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə qəzalı vəziyyətdə olan körpünün inşası üçün 10 milyon manat ayrılıb. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.
Ərazidəki vəziyyətlə bağlı görüntüləri təqdim edirik.