Close

21:32
20 Dekabr 2024
19:46
20 Dekabr 2024

Bu şəxslər 2 faizlə kredit ala bilərlər

Təhsil tələbə kreditlərinin sosial (sosial-həssas qrupdan olan şəxslər üçün) və standart (digər şəxslər üçün) olmaqla iki növü mövcuddur.

TNS xəbər verir ki, Bunu Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Fondun 3 illik hesabat tədbirində deyib.

O bildirib ki, standart və sosial TTK üzrə illik faiz dərəcələri müvafiq olaraq 2 və 6 faizdir.

O qeyd edib ki, hər il təxminən ali məktəblərə qəbul olan 1000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil almaqdan imtina edirdi ki, hazırda Fondun fəaliyyəti bu problemin həllində rol oynayır: "TTK üçün girov və zaminlik tələb olunmur və borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kredit tam həcmdə sığortalanır.

Təhsil dövrünü başa vurduqdan sonra məzunun əmək bazarına daxil olub işləməsi üçün 2 illik güzəşt dövrü verilir və həmin dövrdə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilməzsə, məzundan TTK-nın qaytarılması tələb olunmur və faizlər hesablanmır".

Aygün