Close

23:01
26 Dekabr 2024

Ovçuluqla bağlı icazələr nə üçün onlayn verilmir?

Gələcəkdə ovçuluq icazələrinin alınması prosesi onlayn rejimə keçiriləcək.

TNS xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva “Ekspert saatı”nda bildirib.

O, hazırda ov icazələrinin onlayn sistemə keçirilməmə səbəbini də açıqlayıb: “Onlayn ov icazəsini çox az insan edə bilir. Regionlarda daha çox yaşlı nəsil ovçuluqla bağlı müraciət edir. Onlar da onlayn sistemdə icazələri almaqda çətinlik çəkirlər”.

Qeyd edilib ki, ovçuluq biletlərinin verilməsi 1 saylı Asan Xidmətdə həyata keçirilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında ov icazələri ilə bağlı ilkin elektron müraciət bölməsi var. Onlayn müraciətlər çox az sayda olur. Əksəriyyət ənənəvi üsula üstünlük verir. Amma gələcəkdə ov icazələrinin onlayn qaydada verilməsi tətbiq olunacaq”.

Aygün