Close

Azərbaycanda qoz, fındıq, şabalıd yeni üsulla qorunacaq

Azərbaycanda yağlı bitki meyvələrinin (qoz, fındıq, şabalıd, badam, fıstıq, püstə) saxlama müddətini artırmaq, səthlərinin mikroorqanizmlərlə çirklənməsinin qarşısını almaq üçün yeni üsul tapılıb.

TNS xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu adı keçən meyvələrin səthlərinin mikroorqanizmlərlə çirklənməsini dayandırmaq və meyvələrdə təbii toksinlərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə onların sterilizasiyası üzrə tədqiqatlar aparılıb və 10,0 kGy udulan doza ilə şüalandırılmanın kifayət olduğu müəyyənləşdirilib.

Eyni zamanda, nüvə texnologiyalarının tətbiqi vasitəsi ilə xəstəliklərə, quraqlığa və şoranlaşmaya, ətraf mühitin ekstremal amillərinə qarşı davamlı toxum sortlarının alınması məqsədi ilə Qamma şüalanmanın Gəncə-160, Gəncə-182 və Gəncə-183 pambıq sortlarının üçüncü nəslində yaratdığı irsi və modifikasiya olunmuş dəyişkənliklər tədqiq edilmiş və respublikamızın pambıqçı alimlərinin öz-özünə tozlanmadan aldıqları və rayonlaşdırdıqları Gəncə-160, Gəncə-182 və Gəncə-183 sortlarının toxumlarının səpindən əvvəl γ-şüalarla işlənməsi bu bitkinin III nəslində çoxlu sayda genetik müxtəliflik və geniş spektrli mutasiyalar yaradıb.