Close

Azad olunan ərazilərdə kimyəvi çirklənmə ilə bağlı tədqiqat aparıldı

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu “Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər rayonlarında kəhrizlərin bərpası və radionuklid tərkibi üzrə, İstisu və bağırsaq dərəsi termal su mənbələrinin radionuklid və kimyəvi tərkibi, radiasiya fon səviyyəsi, Zəngilan rayonu ərazisindəki torpaqlarda pestisid qalıqlarının paylanması üzrə tədqiqatlar aparıb.

TNS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının illik yekun hesabat iclasında bildirilib.

Belə ki, su tərkibi qiymətləndirilib, radioaktiv risk səviyyələri müəyyənləşdirilib, tövsiyələr hazırlanıb.

Radionuklidlərlə çirklənmiş torpaqların yeni dezaktivasiya üsulu işlənib və ixtiraya müvafiq patent alınıb.