Close

Nazir: “Bu, onların savadlı müəllim olması demək deyil"

“Fənn bilikləri zəif olan müəllimin metodik bacarıqları yuxarı ola bilməz. Müxtəlif insanlar fənlər barədə bilikli ola bilər, amma bu, onların savadlı müəllim olması demək deyil".

TNS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, gələn ildən səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur: “Metodik kabinetlər yaradılacaq. Keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır. Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məsələlər mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımı şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin".