Buraxılış imtahanlarında yenilik - Ballar necə hesablanacaq?

Məlum olduğu kimi, bu tədris ilindən etibarən 9-cu siniflərin buraxılış imtahanlarında bəzi dəyişikliklər olacaq. Əvvəlki ildən fərqli olaraq xarici dil fənnindən tapşırıq modelləri dəyişəcək. Ana dili və riyaziyyat fənnindən isə əvvəlki model qalacaq.
Yeni tapşırıq modelləri, hər tapşırıq üzrə nə qədər balın veriləcəyi ilə bağlı TNS-ə açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, yeni qaydaya əsasən, imtahanda 81 tapşırıq olacaq: “Bu il də hər bir fənn üzrə maksimum bal 100, ümumi maksimal bal 300 olacaq. Xatırladaq ki, buraxılış imtahanında səhv cavablar düz cavabları aparmır. Xarici dil fənnindən tapşırıqların sayı 26 olacaq.
Tapşırıq tipləri isə dinləmə mətni, qrammatika, kiçik mətnlər, oxu mətni, esse şəklində olacaq.
Hər bir tapşırığa verilən doğru cavab balı 100/30-a bərabər olacaq (Təqribən 3,333 bal).
İmtahanda qapalı testlərin sayı 23 olacaq. Onlardan 22-si normal qaydada, 4-cü sual isə 4 bəndli (hə və yox) olacaq. Şagird 4 bəndin 4-nə də doğru cavab verdiyi halda, tam balla (100/30), 4 bənddən hər hansı 3-nə doğru cavab verildiyi halda yarım balla (100/30/2), doğru cavab sayı 3 bənddən az olduğu halda isə 0 balla qiymətləndiriləcək”.
Mütəxəssis bildirib ki, iki sual kodlaşdırılma tələb edən açıq tipli tapşırıq olacaq:
"5 sualı əvəz etdiyi üçün essenin maximal balı 100/30*5 (Təqribən 16,665 bal) olacaq. Esse 4 kateqoriya üzrə qiymətləndiriləcək (məzmun, ardıcıllıq, qrammatika, söz ehtiyatı). Esseye görə şagirdə nə qiymət verilərsə (0,5; 1; 1,5; 2; 2,5; 3; 3,5; 4; 4,5 ve 5 bal ala bilər), həmin qiymət 100/30 nisbətinə vurulacaq.
Ana dili fənni üzrə tapşırıqların sayı 30 olacaq. Tapşırıq tipləri: qramatika, oxu mətni şəklində, eləcə də 26 qapalı test olacaq. Bir suala təqribən 2,941 bal veriləcək.
4 açıq tapşırıq olacaq. Bir suala təqribən 5,882 bal veriləcək.
Riyaziyyat fənni üzrə tapşırıqların sayı 25 olacaq. Belə ki, 15 qapalı test olacaq. Bir suala təqribən 3,448 bal veriləcək.
6 kodlaşmalı açıq tapşırıq veriləcək. Bir suala təqribən 3,448 bal veriləcək.
4 yazılı açıq tapşırıq olacaq ki, bir suala təqribən 6,896 bal veriləcək”.
Aygün