Sənubər Nəzərova ADY-dən ayrıldı
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova yeni karyera mərhələsinə başlamaq üçün dekabrın 6-dan etibarən vəzifəsindən ayrılıb.
TNS xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
"ADY-də çalışdığı iki il ərzində Sənubər Nəzərova şirkətimizin tərəfdaşlar qarşısında yüksək səviyyədə təmsil olunmasında, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasında böyük xidmətlər göstərib", - deyə QSC-nin məlumatında qeyd olunub.
Bildirilib ki, bundan sonra ADY-nin fəaliyyəti ilə bağlı sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev cavablandıracaq.