Aptekdəki dərmanlar barədə istehlakçıya məlumat verməyən satıcılar 200 manatadək cərimələnəcək
7
18:10 - 04 Dekabr 2024
Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə cərimə müəyyənləşir.
TNS-in xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 452.2-1-ci maddədə əksini tapıb.
Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.