Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

“Vətəndaş A”nın dronu vurulub? - Açıqlama - FOTO

“Vətəndaş A” serialının çəkilişi zamanı heyətin dronunun Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən vurulması ilə bağlı iddialar yayılıb.

TNS xəbər verir ki, serialının prodüseri Sevinc Əliyeva bununla bağlı instaqram hesabında açıqlama yayaraq, məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.

“İctimai Televiziya və mən SFN Prodakşnın rəhbəri (“Vətəndaş A” serialının baş prodüseri - red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”, - o qeyd edib.

Bundan əlavə, S. Əliyeva dron operatoru Orxan İslamovun da açıqlamasını yayıb.

“TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vurmayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur.

Ona görə də, məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım, 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur”, - açıqlamada bildirilib.

Screenshot_2