Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşdi
Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.
TNS xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.