Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Məktəblərdə dərs saatları azaldılacaq? - RƏSMİ

Bir sıra ölkələrdə qış fəslində məktəblərdə dərs saatlarının müddəti azaldılır.

Bakı şəhəri və Abşeron rayonu ərazisində kifayət qədər ikinövbəli təhsil sistemi ilə fəaliyyət göstərən məktəblər var. Bu da öz növbəsində bir sıra problemlər yaradır. Dərslər səhər erkən vaxtda - saat 08:00-da başlayır. Hazırda saat 17:00 olan kimi qaranlıq çökür. Havanın soyuq olması, xüsusilə aşağı yaşlı uşaqlar üçün çətinliklər yaradır. Bu qəbildən olan çətinliklərin qarşısını almaq üçün ölkəmizdə də qış fəslində dərslərin daha gec saatlarda başlaması, ümumiyyətlə dərs saatlarının müddətinin azaldılması mümkündürmü?

Bu məsələ ilə bağlı TNS-in sorğusuna Elm və Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust  tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən ümumi təhsil müəssisələrində dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur: “Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir. Bu səlahiyyətdən istifadə edərək hər bir ümumi təhsil müəssisəsinin özü pedaqoji şuranın qərarı ilə dərslərin başlanma vaxtını müəyyən edə bilər”.

Qeyd olunub ki, hazırda dərslərin saat 08:00-da başlaması digər sosial məsələlərdən də qaynaqlanır. Belə ki, həmin saatlarda nəqliyyatda tıxacın nisbətən az olması, övladlarını ümumi təhsil müəssisəsinə apardıqdan sonra işləyən valideynlərin (və ya digər qanuni nümayəndələrin) əksər hallarda saat 09:00-da işə başlaması səbəblər arasında yer alır.

Qış aylarında dərs saatlarının azaldılmasının mümkünlüyü məsələsinə gəldikdə isə bildirilib ki, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust  tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən, dərslərin davametmə müddəti 45 dəqiqədən az olmamalıdır: “Eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, həftəlik dərs saatı ümumi təhsil pilləsi üzrə müvafiq səviyyələr nəzərə alınmaqla konkret müəyyən edilib”.

Aygün