Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar 2 min manatadək cərimələnəcək

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.

TNS xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 455-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.