Bakı və Abşeron yarımadası ilə baĝlı XƏBƏRDARLIQ EDİLDİ!
403
16:20 - 04 Dekabr 2024

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 6-dan 7-si gündüzədək arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir.
TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.