Close

23:56
04 Dekabr 2024
22:42
04 Dekabr 2024
22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Bu kolleclərin rəhbərlərinə töhmət verildi

Noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.

Agentlikdən TNS-ə verilən məlumata görə, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.

Qeyd olunub ki, Agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcək.