Kredit üçün müraciət edən tələbələrin sayı açıqlandı
2024-2025 tədris ilinin 1-ci semestrində, yəni avqustdan bu günə kimi Təhsil Tələbə Kredit Fonduna kreditlə bağlı 10 min 704 müraciət daxil olub.
Bu barədə TNS-ə Fondun mətbuat katibi Ayaz Mustafayev məlumat verib. O bildirib ki, qeyd olunan müraciətlərdən 8014-ü rəsmiləşib.
Mətbuat katibi qeyd edib ki, Fond fəaliyyətə başladığı tarixdən bu günə kimi müraciətlərin sayı 57039 olub ki, onlardan 44726-sı rəsmiləşib. Kreditlə bağlı müraciətlərin sayı ilbəil artıb.
Belə ki, 2021-2022-i tədris ilinin 1-ci semestrndə 5677 müraciət olub, onlardan 2899-u rəsmiləşib. 2-ci semstrdə olan 4918 müraciətdən 3915-i rəsmiləşib.
2022-2023-cü ilin ilk semestri zamanı 7900 müraciətdən 6002-si, 2-ci semestr ərzində isə 7640 müraciətdən 6728-i rəsmiləşib.
2023-2024-cü tədris ilinin ilk yarımilində müraciətlərin sayı 10791-ə yüksəlib ki, onlardan 8685-i rəsmiləşib. İkinci semestr ərzində isə 9409 müraciətdən 8483 mürcaiət rəsmiləşib.
Fonddan bildirilib ki, bu il semestrin sonuna kimi sistem açıqdır və tələbələr müraciət edə bilərlər.
Aygün