Close

11:38
02 Dekabr 2024
09:47
02 Dekabr 2024

Azərbaycanda yeni xəstəlik - Dərmanı da tapılmır... - VİDEO

Azərbaycanda yeni xəstəlik yaranıb.

TNS xəbər verir ki, bu barədə İTV-nin süjetində deyilir.

Sözügedən xəstəlik “Venirikatanuriya” adlanır və  dərmanı tapılmır. Sözügedən xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur. 

Xəstəlikdən əziyyət çəkən gəncin valideyni bildirib ki, həmin insanlar 2 gün adi rejimdə qidalansalar, 3-4 aylıq müalicələri heç olacaq. Onlara ömürlərinin sonuna kimi mal və toyuq əti yemək qadağandır. Xəstəliyin aylıq müalicə xərci isə 1500-2000 manat arasındadır.

Xəstəlik dünyada 1960-ci ildən mövcuddur. Xəstəliyin səbəbini daha çox genetik faktorlarla bağlayırlar.

Daha ətraflı videomaterialı təqdim edirik: