Close

23:01
26 Dekabr 2024

Azərbaycanın seysmik təhlükə xəritəsi – Zəlzələ riski olan yerlər...

Azərbaycan ərazisi üçün seysmik təhlükənin hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” hazırlanıb.

Bu günlərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət Universiteti və Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə birlikdə təqdimatı keçirilən bu xəritədən hansı sahələrdə necə istifadə olunacaq və əvvəlki məlumat mənbələrindən fərqi nədədir?

Mövzu ilə bağlı TNS-in suallarını AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli cavablandırıb.

“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi”nin hazırlanması metodları və onun əhəmiyyətindən danışan professor 2016-cı ildən bu isqtiqamətdə iş apardıqlarını, mövcud baza katoloqlarının hamısının yeniləndiyini vurğulayıb: “Əvvələr bu sahədə zəlzələnin gücü bal sistemi ilə götürülürdü. Amma müasir dünya belə bir xəritə, bal sistemi ilə işləmir. Biz neçə illərdir ki, bir sıra xarici ölkənin müvafiq institutları ilə bu sahədə əməkdaşlıq edirik. Məsələ ondan ibarətdir ki, yeni seysimik xəritədə qruntun maksimal sürəti, yerdəyişməsi onun 0,2, 1, 2, 4 saniyə peridodlarına uyğun təcil spektorlarına görə 2, 5 və 10 faizli seysimik təhlükə yerləri əksini tapıb. ABŞ, Kanada, eləcə də Avropa ölkələri də xəritələrin tərtibatını bu cür müsair metodika ilə aparır”.

Q. Yetirmişlinin sözlərinə görə, tikinti normativlərində bunlar öz əksini tapmalıdır ki, tikinti aparılan ərazilərdə həmin parametrlər əsas götürülsün: “Müasir dünya bununla işləyir. Dediyim kimi, təcil, qruntun yerdəyişməsi, hansı dalğa gələndə sürətin necə olması və s. əsas götürülür. Yeni hazırlanan xəritəni çapa verəcəyik.

Əvvəl tikintilərdə köhnə metodika ilə olan məlumatlardan istifadə olunub. Amma indi dünya dəyişir, yeni proqramlar ortaya çıxır. Nəzərə alınmayan bəzi amillər hamısı nəzərə alınır. İnşaat zamanı binaların forması, karkası və s. amillərə diqqət yetiriləcək. Xəritələr çap edildikdən sonra  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi kimi aidiyyəti qurumlarda bu yeniliklər nəzərə alınacaq”.

Aygün