Close

14:51
26 Noyabr 2024
13:00
26 Noyabr 2024

Deputat açıqladı: "Qaz və elektrik limiti artırıla bilər"

Əhaliyə verilən qaz və elektrik limiti artırıla bilər.

Bu barədə TNS-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qaz və elektrik limitinə baxılması, limitin artırılması, aşağı qiymətə daha çox mavi qazın və elektrik enerjisinin təklif olunması ilə bağlı xeyli təklif təqdim olunub, Milli Məclisdə müzakirələr aparılıb: “Qaz və elektrik limitinin artırılması ilə bağlı digər yanaşma ondan ibarətdir ki, xüsusilə, qış mövsümündə dağlıq ərazilərdə yerləşən rayonlarımız üçün güzəştlər tətbiq olunsun. Çünki onlar mavi qazdan və elektrikdən daha çox istifadə edirlər. Təkliflərə baxılması və qiymətləndirilməsi, eləcə də maliyyə yükünün hesablanması vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, bu məsələ Milli Məclisdə 2025-ci ilin Dövlət Büdcəsinin müzakirəsi zamanı da təklif olunub: “Bəzi regionlar üçün limitlərin artırılması, daha ucuz qiymətə qaz və elektrikin təklif olunması qeyd edildi. Təkliflər təqdim olunur. Düşünürəm ki, maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümkündür”.

Aygün