Close

13:00
26 Noyabr 2024
12:06
26 Noyabr 2024

Üç nəfərin zəhərləndiyi dönərxana bağlandı - RƏSMİ

Xəbər verdiyimi kimi, Zaqatalada 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Rayonun Çobankol kənd sakini, 1999-cu il təvəllüdlü İlqar Əhmədov, Mosul kənd sakini, 2007-ci il təvəllüdlü S.Səlimova və Qazangül qəsəbə sakini, 2016-cı il təvəllüdlü M.Əhmədov qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri bildirilib.

Qida Təhlükəsizliyi Agentliyindən TNS-ə bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif qida məhsullarından müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub. Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslər lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək”.

Ayşən Azadova