Close

13:00
26 Noyabr 2024
12:06
26 Noyabr 2024

Sabiq məmur hələ də kirayədə yaşayır

Nazirlər Kabinetinin sabiq mətbuat katibi, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əli hələ də kirayədə yaşayır.

TNS-ə geniş müsahibə verən Akif Əli bir çox mövzuya toxunub. O, indiyədək mənzil probleminin həll olunmadığını da deyib.

“Təəssüf ki, həyat belə gətirdi, bu gün kirayədə yaşamaqda davam edirik. Bilənlər bilir, o vaxt, 2017-ci ildə Jurnalistlərin binasından ev almaq üçün sənədlərim yerli-yerində olsa da, siyahıda birinci sıralarda olsam da və haqqım çatsa da, haqqıma girildi, hüququm pozuldu, böyük ədalətsizlik gördüm. Onda təəssüflə düşündüm ki, ömrümün 40 ilini jurnalistikaya həsr edib radioda, televiziyada, qəzetdə ən məsul vəzifələrdə çalışaraq milli mətbuatın, mədəniyyətin inkişafına vicdanla xidmət göstərməyim yəni jurnalistlərin binasından bir otağa dəymədi?! Bundan daha çox təəssüf doğuran başqa məqamlar oldu: illərlə püxtələşən mətbuatdakı peşəkar kadrları dışlayıb, diletantları irəli çəkən, KİV-ləri bazar qaydaları ilə idarə edib medianı “trol” yığnağı ilə hörmətsiz edən bir məmur mənzil bölgüsünü də əlinə keçirib, orda da bazar açdı, Prezidentin səxavətlə jurnalistlərə hədiyyəsindən öz şəxsi mənafeyi üçün istifadə etdi. Bu barədə mətbuatda çox yazılıb, bilirsiniz. Şəxsən mənə gəlincə, adımın siyahıdan çıxarılmasına səbəb kimi elə bir fantastik versiya söylədi ki. Ancaq hadisələrin sonrakı gedişi o məsul vəzifə sahibinin məsuliyyətsizliyini, hətta milyonlar üçün toxunulmaz olan “qırmızı xətti” keçib, rəhbərliyə istinadla dediyi sözlərin də “feyk” olduğunu göstərdi”, - deyə jurnalist bildirib.