Close

13:00
26 Noyabr 2024
12:06
26 Noyabr 2024

Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professoru vəfat edib.

TNS xəbər verir ki, bu barədə AZMİU-nun sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, görkəmli alim, dəyərli pedaqoq və əməkdar müəllim, professor Həsən Qulu oğlu Feyziyev 26 noyabr 2024-cü ildə, 88 yaşında vəfat edib.

Qeyd olunub ki, professor Həsən Feyziyev AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlər göstərib. O, 1978-ci ildən başlayaraq, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib. Hazırda AzMİU-da onun rəhbərliyi altında həyata keçirilən elmi-tədqiqat işləri və layihələr bir çox ölkədə tətbiq edilməkdədir.

Həsən Feyziyev 1936-cı il sentyabrın 10-da Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açıb. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, 1982-ci ildə professor elmi adına layiq görülüb.

pr

Onun elmi fəaliyyətini üç əsas istiqamətdə olub:

Dəniz suyunun duzsuzlaşdırılması və şirinləşdirilməsi sahəsində analoqu olmayan texnologiyaların hazırlanması;

İstilik elektrik stansiyalarında istilik sxemlərinin təkmilləşdirilməsi;

Şirin suların ekoloji və iqtisadi səmərəli emalı üzrə innovativ texnologiyaların işlənib hazırlanması.

Həsən Feyziyev dəniz suyunun şirinləşdirilməsi sahəsində elmi yenilikləri ilə AzMİU-nun adını beynəlxalq elmi dairələrdə tanıtmışdır. Onun təklif etdiyi texnologiyalar “Şimal” DRES-də və Sumqayıt istilik elektrik mərkəzində tətbiq olunmuş, yüksək iqtisadi və ekoloji səmərə ilə sınaqdan keçib. Feyziyevin hazırladığı texnologiyalar dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Çin, Türkiyə və İsraildə uğurla istifadə edilib.

Həsən müəllim 270-dən çox elmi əsərin, 46 ixtira və patentin, 7 monoqrafiyanın və 10 metodik göstərişin müəllifidir.

Allah rəhmət eləsin!