Close

13:00
26 Noyabr 2024

Bakı COP29 kimi daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakıda COP29 kimi daha bir böyük tədbir keçiriləcək.

Azərbaycan 2025-ci ilin iyun ayında "Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu" adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək. Tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.

Bu tədbirin əsas mahiyyəti nələr olacaq? Azərbaycan bu tədbirə də COP29da olduğu kimi layiqincə ev sahibliyi edə biləcəkmi?

Mövzü ilə bağlı TNS-ə açıqlama verən “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov deyib ki, "Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu" adlı konfransın Bakıda keçirilməsi bir daha Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına xidmət edəcək.

O qeyd edib ki, COP29-un, "Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu"nun ölkəmizdə keçirilməsi Azərbaycanın ətraf mühitə, təbiətə və iqlim dəyişikliyinə nə qədər önəm verdiyini bir daha sübut edir: “Azərbaycan 70 mindən çox insanın iştirak etdiyi COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyini nəzərə alaraq, əminliklə demək olar ki, növbəti beynəlxalq konfrans da qüsursuz olacaq. Tədbir dünyanın diqqətini Azərbaycana cəlb etməkdə çox böyük rol oynayacaq”.

Ayşən Azadova