Close

“Bakcell” musiqi xidməti göstərir - Müştərinin cibinə girməyin yeni üsulu - FOTO

Azərbaycanda uzun illərdir, mobil rabitə xidməti göstərən “Bakcell”dən son vaxtlar xeyli narazılıq yaranıb. Bu mobil rabitədən istifadə edənlər həm onun müxtəlif ərazilərdə işləməsindən, həm də göstərdiyi internet xidmətlərinin keyfiyyətindən narazıdır. Mobil nömrəsində yaranan problemləri aradan qaldırmaq və həll etmək məqsədilə “Bakcell”in müştəri xidmətlərinə zəng edən istifadəçilər xeyli xalq musiqisinə qulaq assa da, şirkətin operatorları ilə danışa bilmir.

Bununla bağlı TNS-ə müraciət edən vətəndaşlar saatlarla telefondan asılı qaldıqlarını, bir dəqiqəsi 8 qəpik olan “Bakcell”in məlumat mərkəzinə etdikləri zənglərə cavab verilmədiyini bildirirlər.

Vətəndaşların şikayətini araşdırmaq məqsədilə “Bakcell”in məlumat mərkəzinə bir neçə nömrədən zəng etdik. Təəssüf ki, dəfələrlə edilən zənglərə cavab verilmədi. Görünür, “Bakcell” yeni pul qazanmaq metodu tapıb. Gün ərzində minlərlə istifadəçi məlumat mərkəzinə zəng edir. Dəqiqəsi 8 qəpikdən olan zənglərə saatlarla cavab verilməməsi “Bakcell”in xeyl qazanc əldə etməsi deməkdir. Bu, müştərinin cibinə girməkdir.

1febb23e-fd50-49af-b2d1-29f48fc1810a