Close

500 min nəfər iş axtarır - Nazir elan etdi

480-490 min vətəndaşımız məşğulluq orqanlarında qeydiyyatdadır.

TNS xəbər verir ki, bu sözləri gələn ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Məşğulluqda qeydiyyatda olan şəxslərə 2-3 dəfə iş təklif edilərsə, üzrlü səbəb göstərilmədən işdən imtina olunarsa, onların işsiz statusu ləğv edilir. 480-490 min vətəndaşımız məşğulluq orqanlarında qeydiyyatdadır. Onların yarısı işsiz kimi, təqribən bir o qədəri də iş axtaran kimi qeydə alınıb. İş axtaran şəxslər işi olan, amma yeni iş axtaran şəxslərdir. Niyyətimiz qətiyyən passiv alətlərin artırılması deyil. Biz daha çox aktiv alətlərə vəsait verməyin tərəfdarıyıq”, - o bildirib.