Azərbaycanda məktəbəqədər təhsil müəsissələrinin sayı nə qədər azalıb?
Azərbaycanda, bu ilin əvvəlinə olan statistikaya görə, məktəbəqədər təhsil müəssisələrinin sayı 1857-dir.
Onlardan 1700-ü dövlət, 157-si isə qeyri-dövlət müəsissəsidir.
TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu say 1991-ci ildə 2185 olub. Həmin vaxt qeyd olunan rəqəmlərin hamısı dövlət müəssisələrinə aiddir. 1991-ci ildə məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı 180,9 min nəfər, indi isə 116,3 min nəfərdir ki, onlardan da yalnız 109,9 min nəfəri dövlət təhsil müəssisələrində təhsil alır. Əgər 1991-ci ildə bu cür müəssisələrdə hər 100 yerə düşən uşaqların sayı 94 nəfər olubsa, hazırda bu rəqəm 78-ə düşüb.
Qeyd edək ki, 1857 məktəbəqədər təhsil müəssisəsinin 1133-ü şəhər, 724 isə kənd yerlərindədir.