Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

Yağış sularından necə istifadə olunacaq?

Bu il ölkə ərazisində yağıntının normadan artıq olduğu vurğulanır.

Dünyanın bir sıra ölkələrində tətbiq edilən yağış sularının toplanması üsulu hazırda su qıtlığı və şirin su israfı ilə mübarizədə ən sərfəli yollardan biridir.

Bəs ölkəmizdə necə yağış suları su ehtiyatına təir göstərirmi?

Bu barədə TNS-in sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirilib ki, yağış sularının idarə olunması prosesi həyata keçirilməyə başlayandan sonra prosesin su ehtiyatına təsiri olacaq.

Ceyhun Musaoğlu qeyd edib ki, yağış suları xüsusi drenajlar vasitəsi ilə axıdılaraq, təmizləyici qurğulara daxil olacaq, oradan sənayedə və kənd təsərrüfatında istiafdə olunmağa yönləndiriləcək: “Bakı Şəhərinin Baş Planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq, müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək, yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək, istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”.

Ayşən Azadova