DİM-dən gənclər üçün yeni fürsət
Dövlət İmtahan Mərkəzi (DİM) könüllülər layihəsinə start verir.
DİM-dən TNS-ə verilən məlumata görə, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.
Layihənin müddəti 3 aydır.
Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/
Qeyd edək ki, layihədə iştirak etmək üçün qeydiyyat noyabrın 20-dən dekabrın 15-dək aparılacaq.