Close

Neçə məktəb təmir edilib?

“Bu il işğaldan azad edilmiş ərazilərdə beş məktəb binası istifadəyə verilib”. 

TNS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Həmin məktəblər Şuşa 1 saylı, Xocalı 1 saylı, Xankəndi 4 saylı, Laçın rayonu Sus kənd məktəbi və Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına məktəblərdir. Bundan əvvəlki illərdə isə Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayon Ağalı kənd məktəbi tikilib, istifadəyə verilib. 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib”, - deyə nazir bildirib.