Close

23:15
16 Noyabr 2024
22:25
16 Noyabr 2024

APA 20 yaşını qeyd edir

Noyabrın 16-da Azərbaycan mətbuatında xüsusi yeri olan "Azəri-Press" Agentliyinin (APA) 20 yaşı tamam olur. "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Ötən 20 ildə APA çox böyük uğurlara imza atıb, təkcə ölkəmizdə yox, beynəlxalq səviyyədə tanınan bir agentliyə çevrilib.

TNS yubileylə əlaqədar “APA Media Group”un baş redaktoru Nurşən Quliyevin fikirlərini öyrənib.

Baş redaktor deyib ki, APA 20 ilə bir ömrü sığdıra bilib: “APA bir ömürdür, bir yoldur. APA-nın qazandıqlarında, Azərbaycan mətbuatında dərin iz buraxmasında bir damla belə əməyi olanları, özünü APA-çı sayanları, əsas da hazırda onun uğurları üçün çalışanları ürəkdən təbrik edirəm!”

Nurşən Quliyevin sözlərinə görə, APA təkcə uğurlu fəaliyyəti ilə tanınmayıb: “APA-nı həm də ona görə təbrik etmək lazımdır ki, insanları bir-birinə qazandırıb, dost edib, bir-birini sevməsinə vasitəçi olub. Burada çoxlu dostlar qazanılıb, ailələr qurulub”.

aaaa

Baş redaktor hazırda ölkəmizdə mötəbər COP29 tədbirinin keçirildiyini xatırladıb: “Tədbirin ilk günündən mən burada, tədbirin keçirildiyi ərazidəyəm. Redaksiya heyətinin əksəriyyəti işini burada davam etdirir. Burada olduğum müddətdə yolu APA-dan keçmiş onlarla insanla qaşılaşdım ki, hazırda müxtəlif dövlət qurumlarında, böyük şirkətlərdə fəaliyyət göstərir. Bu, böyük fəxrdir, qürurvericidir. Çox xoşdur ki, bir zamanlar bizimlə birlikdə işləyənlər belə yetişib”.

Qeyd edək ki, APA hazırda Azərbaycan, rus, ingilis, fars və fransız dillərində xəbər xidməti göstərir.

İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

Agentliyin  tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir.

TNS olaraq, həmkarlarımızı təbrik edir, uğurlar diləyirik!