Close

23:01
26 Dekabr 2024

"Veteran pulu" neçə manat olacaq?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "veteran pulu"nun artırılıb-artırılmayacağı məsələsinə toxunub, sosial paketin müzakirə edildiyini deyib.

Müharibə veteranlarının aylıq müavinəti nə qədər artırıla bilər?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir.

İqtisadçı qeyd edib ki, hazırda "veteran pulu" aylıq 80 manatdır: “Uzun illərdir, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri də parlamentdə bu məsələ ilə bağlı müzakirələr açır. Yəqin ki, məsələnin indeksləşməsi olacaq, amma kəskin artımın olacağını  gözləmirəm”.

Natiq Cəfərli "veteran pulu"nun ən az 100 manata qaldırılmasının mümkün olacağını vurğulayıb: “Bu məbləğ təqribən 25 faiz artırılsa, 100 manata yaxın olacaq. Təəssüf ki, 100 manatdan yuxarı olması o qədər də real görünmür".

Ayşən Azadova