Close

17:32
26 Dekabr 2024

Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu

Müğənni və iş adamı Emin Ağalarov 1,7 milyon rublluq ( təxminən 300 min manat) məhkəmə davasında qalib gəlib.

TNS xəbər verir ki, bu barədə “Zvezdach" "Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 16 saylı Çörək Zavodu Səhmdar Cəmiyyətinin inşaatçısı məhkəməyə müraciətindən imtina edib. İddiaçıya 54 min 755 rubl məbləğində rüsum qaytarılıb.

Oktyabrın 9-da ixtisaslaşmış inşaatçı müğənni və sahibkar Emin Ağalarova məxsus “Krokus Fitness” MMC-ni məhkəməyə verib.

İddiaçı sənətçinin fitnes klubları şəbəkəsini icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməkdə ittiham edib. Müğənninin şirkətindən 1,7 milyon rubl geri almaq istəyiblər.