Close

09:26
14 Noyabr 2024

Bakı səmasında görünən meteor yağışı necə yaranır?- AÇIQLAMA

İki gün öncə Bakı sakinləri nadir və heyrətamiz bir astronomik hadisənin - Orionid meteor yağışının şahidi olublar. Orionid meteor yağışı nədir və nədən yaranır?

Mövzu ilə bağlı TNS-ə açıqlamasında astroloq Sabira Cəfər bildirib ki, Orionid meteor yağışı hər il oktyabr ayının sonu başlayan Halley quyruqlu ulduzuna bağlıdır.

O qeyd edib ki, meteor yağışı hər il astronomik olaraq kosmik fəzada, müxtəlif səbəblərdən qopan cisimlərin atılmasından yaranır. Günəş, astroloji olaraq bu dövrdə Tərəzi və Əqrəb bürcünün ilk dərəcələrində olur.

“Halley kometası Günəş sistemimizdən keçdiyi zaman, ondan qopan parçalar Yerin atmosferinə daxil olur. İlin bu dövründə isə Günəşin orbiti bu parçalarla kəsişir. Meteor yağışları çox gözəl astronomik görüntü yaradır. Bu yağışları hava açıqdırsa, hər hansı astronomik cihaz olmadan da müşahidə etmək olar”, - deyə astroloq bildirib.