Close

"Veteran pulu" artırılacaq?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına ödənilən aylıq müavinətin artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

TNS-in xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.

“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - nazir vurğulayıb.

Qeyd edək ki, bu məbləğ hazırda 80 manat təşkil edir.