Close

Uşaqlara ən çox qoyulan adlar- SİYAHI

Bu ilin 10 ayında ölkədə doğulan qız uşaqlarına verilən adlar arasında ilk onluqda Zəhra, Zeynəb, Məryəm, Aylin, Nilay, Ayla, Melisa, Fatimə, İnci və Mələk adları yer alıb.

Bundan başqa, bu il Miray, Mədinə, Dəniz, Nuray, Leyla, Alisa, Banu, Nur, Nazlı, Xədicə, Ayan,Yağmur, Elay, Əsma, Səma, Asya, Ahu, Alina, Narin, Sevgi, Rüqəya, Fidan, Yasmin, Elif, Nəzrin, Sara, Gülay, Günəş, Milana, Asena kimi adlara daha çox üstünlük verilib.

TNS Ədliyə Nazirliyinə istinadla məlumat verir ki, oğlan uşaqlarına ən çox verilən adlar arasında Uğur, Əli, Hüseyn, Yusif, Raul, Ömər, Murad, Məhəmməd, Tunar və Ayxan adları yer alıb.

Çox qoyulan adlar arasında Fateh, Adəm, Onur, Səccad, Tuncay, Ümid, Miran, Amir, İbrahim, Mehdi, Ayaz, Rəsul, Turan, Davud, Atilla, Emil, Həsən, Zeyd, Nihad, Renat kimi adlar var.