Bölgələrdə pensiyalar nə vaxt veriləcək?

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bölgələrdə pensiyaların hansı tarixdən ödəniləcəyinə gəlincə, Dövlət Sosial Müdafiə Fondundan TNS-ə bu barədə əlavə məlumatın veriləcəyi, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ay da qrafik üzrə ödəniləcəyi bildirilib.
Qeyd edək ki, ötən ay Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri 8-15-i, digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında ödənilib.
Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.