Close

Azərbaycanda daha bir vəkilin fəaliyyəti dayandırıldı - FOTO

Cari il noyabr ayının 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

TNS xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran dörd vəkilliyə namizədin, bir hüquq elmləri doktorunun ARVK üzvlüyünə qəbulla bağlı andiçmə mərasimi keçirilib, habelə dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin isə fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrin maliyyə dəstəyinin verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müraciətinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Həmçinin vəkillik fəaliyyətləri dayandırılmış iki vəkilin, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, o cümlədən iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.  

Bundan başqa, iclasda Rəyasət Heyəti tərəfindən “İcra hüququ” Komitəsi ilə “Deontologiya” Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Nəzərə çatdırılıb ki, “Deontologiya” Komitəsi vəkillərin peşəsinin tətbiq edilməsi zamanı lazım olan əxlaqi dəyər və etik qaydaların araşdırılması məqsədi ilə yaradılıb. “İcra hüququ” Komitəsinin təsis edilməsində məqsəd isə ölkədə məhkəmə qərarlarının icrası təcrübəsində rast gəlinən problemlərin müzakirəsi və həllində vəkillərin iştirakını genişləndirmək, icra prosedurlarının müasir dövrün tələblərinə uyğun təşəkkül tapmasına, nəzəri və təcrübi tədqiqatlarda vəkilliyin potensialının maksimal cəlb edilməsinə nail olmaqdır. Vəkillərin İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov “Deontologiya” Komitəsinə və Vəkillərin İntizam Komissiyasının üzvü Elşən Səfərov isə “İcra hüququ” Komitəsinə sədr seçilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə töhmət verilib, 2 vəkilə irad tutulub, habelə 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

4_cbb5e621793961b952fae28f69e922bd 5_c844fc011124c3e2d928464e45526d92 7_94ea20b3367860345b58eb3ba9dccfac 8_bc30daaab46611b00f18ea35db523d79 3_e135706ddff689d422d8638934bf3be0 6_35da915af669be525ff9ba13edb39d6b 2_d4f6f6efb574eb3330bdddf6dbb47d1f